
Sual qeyri-adi görünə bilər, amma vacibdir. Fateh
Uilyamın şərəfinə hazırlanmış məşhur orta əsr tikmələri olan Bayeux Qobelenini
öyrənərkən iki tarixçi təsvir edilən penislərin sayını hesablamağa
başladılar...
lakin
onların nə qədər olduğuna dair fikir ayrılığı var. Onlar hətta bu cümə günü,
aprelin 25-də yayımlanan HistoryExtra podkastının epizodunda bu məsələni
müzakirə etdilər və The Guardian xəbər verdi.
İlk hesablama altı il əvvəl George Garnett
tərəfindən edildi və bütün dünyada maraq və əyləncə yaratdı. Oksford
professorunun sözlərinə görə, Normandiya hersoqunun 1066-cı ildə İngiltərə
sahillərinə qalib gələrək enişini əks etdirən əsərə 93 kişi cinsi orqanı
tikilib.Daha dəqiq desək: bu cinsiyyət orqanlarının 88-i atlara, qalanları isə
insan fiqurlarına aiddir.
Tərcümə
edəni Səfər Şakiroğlu /Zekainfo.az