Azərbaycanlı merin qardaşı çörəyin qiymətini qaldırmayan sahibkarı DÖYDÜ 

Azərbaycanlı merin qardaşı çörəyin qiymətini qaldırmayan sahibkarı DÖYDÜ 
Xəbər 07 Aprel 2026 - 12:00

Marneulinin azərbaycanlı meri Daur İsmayılovun qardaşı Kənan İsmayılovun bir vətəndaşı öz ətrafı ilə birlikdə amansızcasına döyməsi ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyində (DİN) Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə istintaq başlanıb.

Zekainfo.az bu barədə yerli KİV-ə istinadən məlumat verir.

Bildirilib ki, hazırda Kənan İsmayılov Marneuli Polis İdarəsindədir.

Qeyd edək ki, ictimai fəal Samirə Bayramova sosial şəbəkədə Marneuli meri Daur İsmayılovun qardaşı Kənan İsmayılovun bir vətəndaşı öz ətrafındakı şəxslərlə birlikdə amansızcasına döyməsi barədə paylaşım edib.

Onun sözlərinə görə, sahibkarlardan biri çörəyin qiymətini artırmadığı üçün Kənan İsmayılov həmin şəxsi döyüb:

"Onlar öz biznes maraqlarına görə çörəyin qiymətini süni şəkildə artırıblar və digər sahibkarları da eyni şeyi etməyə məcbur ediblər. Onlardan biri şəxsən mənimlə də əlaqə saxlamışdı. Tabe olmayanlardan biri isə bu gün vəhşicəsinə döyülüb".

reklamlar

Digər xəbərlər