Bakıda təmir işləri 10 dəfəyə yaxın artıb

Bakıda təmir işləri 10 dəfəyə yaxın artıb
Xəbər 07 Aprel 2026 - 17:00

Bu ilin mart ayında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakıda 87 849,7 kvadratmetr (kv.m) sahədə təmir işləri icra edib.

Zekainfo.az Agentliyə istinadən xəbər verir ki, bu, fevral ayı ilə müqayisədə 9,6 dəfə çoxdur.

AAYDA təkcə bayram günlərində - 23-30 martda paytaxtda nəqliyyat sıxlığının azalmasından istifadə etməklə 78 762 kv.m sahədə təmir işləri aparıb. Qalan 9087,7 kv.m sahəni əhatə edən təmir işləri isə nəqliyyatın hərəkətinə maneə yaradılmadan əsasən gecə saatlarında icra edilib.

reklamlar

Digər xəbərlər