Mingəçevirdə maşın "Qala"ya çırpıldı - Yaralılar var 

Mingəçevirdə maşın "Qala"ya çırpıldı - Yaralılar var 
Hadisə 08 Aprel 2026 - 09:16

Mingəçevirdə idarəetmədən çıxan avtomobil restorana çırpılıb. 

Zekainfo.az unikal-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Füzuli küçəsində baş verib.

İdarəetmədən çıxan "Vaz 2107" markalı maşın "Qala" restoranının yerləşdiyi binaya çırpılıb. Hadisə zamanı avtomobildə olan 1997-ci il təvəllüdlü Qurban İsmayılov, 2006-cı il təvəllüdlü Ruslan Əhmədov və 2003-cü il təvəllüdlü Kənan Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

reklamlar

Digər xəbərlər