İqtisadi artıma görə Azərbaycan neçəncidir? - Deputat DANIŞDI

İqtisadi artıma görə Azərbaycan neçəncidir? - Deputat DANIŞDI
Xəbər 11 Aprel 2026 - 20:00

"Azərbaycan Prezidenti tərəfindən müəyyənləşdirilən yeni dövrün yeni hədəflərindən biri də iqtisadiyyatda dayanıqlı və inkluziv inkişafın daha da möhkəmləndirilməsidir. İslahatların dərinləşməsi qeyri-neft sektorunun inkişafı üçün imkanları daha da genişləndirir. Təəssüf ki, bir sıra marjinal siyasi qruplar sosial şəbəkə profillərində Azərbaycanda iqtisadiyyatı ilə bağlı yanlış təssəvvür yaratmağa uğursuz cəhd edərək region dövlətləri arasında reallıqda uzaq müqayisələr aparırlar. Bu marjinal qruplar tərəfindən ötən il MDB-də ən aşağı artım səviyyəsinin guya Azərbaycanda qeyd alınması ilə bağlı bilərəkdən yanlış məlumatların yayılmasına cəhd göstərilir".

Zekainfo.az xəbər verir ki, bu fikirləri redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi.

"Azərbaycan özünün dayanıqlı iqtisadi modelinə malik dövlətlərdəndir. Hər hansı ölkə ilə müqayisə etmədən sadəcə MDB Dövlətlərarası Statistika Komitəsinin rəsmi məlumatları ilə tanış olmaqla aşağı ÜDM artımının hansı dövlətdə olduğunu müəyyənləşdirmək olar. Təbii ki, bu Azərbaycan deyil. Digər tərəfdən, artımın strukturuna və dayanıqlığına da xüsusi diqqət yetirmək lazımdır. Bəzi region ölkələrində ri-eksport (re-export)  hesabına əldə edilən qısa müddətli artım faizlərini digərləri ilə müqayisə etmək də sadəcə yanlışlıqdır".

Onun sözlərinə görə, iqtisadi artım həmçinin bəlli bir zaman müddətində qiymətləndirilir:

"Son 20 ildə ÜDM-in dəyişməsinə görə Azərbaycan MDB ən çox artıma malik olan 2 dövlətdən biridir. Son 20 ildə Azərbaycanda ÜDM real ifadədə 4, nominal ifadədə 22, dollar ifadəsində isə 8.7 dəfə artıb. Pandemiyadan sonra Azərbaycanda ÜDM dollar ifadəsində 1.8 dəfə artıb. Hər iki dövr üzrə Azərbaycan regionda ən yüksək artım göstəricilərinə malik olan dövlətlərdəndir".

reklamlar

Digər xəbərlər