"O qədər imkanı var, məndən pulsuz bilet istəyir"

"O qədər imkanı var, məndən pulsuz bilet istəyir"
Şou biznes 12 İyun 2026 - 14:34

Əməkdar artist İzzət Bağırov bəzi imkanlı şəxslərin konsertlərə bilet almaq istəməməsindən gileylənib.

Zekainfo.az xəbər verir ki, müğənni bu barədə "Qonaqcanlı" verilişində danışıb. O bildirib ki, maddi imkanı yüksək olan insanlar belə ondan pulsuz dəvətnamə və ən yaxşı yerlər üçün bilet istəyirlər:

"Onun üçün o pul heç nədir. İstəsə, bütün zalın pulunu verər. Amma gəlib səndən dəvətnamə istəyir. Məndən 10 dənə bilet istəyirlər. Həm də birinci, ikinci sıradan. Ən qiymətli yerlər də elə həmin sıralardır. Biz istəyirik ki, o yerlər satılsın. Bizim üçün vəziyyətdən çıxış həmin yerə bilet satılmasıdır. İnsanlar konsertə pul verməyə o qədər də həvəs göstərmirlər.

Gedib Əmrahın konsertinə 500 manata bilet alırlar. Elə müğənnilər gəlib konsert verir ki, oxumaqdan xəbərləri yoxdur. Amma onların biletlərinə yüksək məbləğlər ödəyirlər".

reklamlar

Digər xəbərlər