Türkiyədə QHT-lər Fransanın Azərbaycanla bağlı mövqeyinə etiraz olaraq Fransa səfirliyi qarşısında aksiya keçirəcək.
Bu barədə Türkiyə Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti Aygün Attar öz "Twitter” hesabında məlumat verib.
"Fransanın Azərbaycana qarşı sonsuz ritorikalarını aksiyaya çevirmək cəhdinə cavab olaraq Fransanın Ankaradakı səfirliyi qarşısında ölkəmizdəki QHT-lərin böyük etiraz aksiyası keçiriləcək.
Aksiya Türkiyə-Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbərliyi ilə noyabrın ilk həftəsində baş tutacaq”, - deyə o bildirib.
Aygün Attar qeyd edib ki, aksiyada Fransanın anti-Azərbaycan və Türkiyə mövqeyinə etiraz ediləcək.
"Əgər Fransa öz mövqeyində israr edərsə, ikinci addımımız fransız mallarını boykot etməyə çağırış olacaq”, - deyə o vurğulayıb.