
O, kinonun yeni
ikonasına çevrilmək üzrə idi, lakin Karla Sofiya Qaskonun işığı bir gecədə
söndü.
Cümə günü artıq Sezar
mükafatına namizəd olan Emilia Peresin ulduzu bazar günündən bazar ertəsinə keçən
gecə Oskarda ən yaxşı aktrisa adı uğrunda mübarizə aparacağı halda, biz heykəlcik
uğrunda yarışın ortasında şöhrətinin meteorik yüksəlişi qəfil dayanan qadına nəzər
salırıq.
Hər şey 2024-cü ilin
mayında Kann Film Festivalında başladı. Artıq İspaniyada telenovela pərəstişkarları
və ölkənin ən çox baxılan filmlərindən birində (Nosotros, los Nobles) rol
aldığı Meksikada məşhur olan ispan aktrisa, musiqidə keçmiş narkotik alverçisi
rolu sayəsində geniş ictimaiyyətə təqdim edildi.
Bu, ona Ən Yaxşı
Qadın Oyunçu Mükafatını qazandırdı, filmdəki digər üç aktrisa ilə birlikdə
qazandı: Selena Qomez, Zoe Saldanya və Adriana Paz. Palais des Festivals səhnəsində
mikrofon qarşısında tək, hönkür-hönkür aktrisa həmin gün mükafatını “çox əziyyət
çəkən bütün trans insanlara” həsr edərək onlara “həmişə yaxşılaşmağın mümkün
olduğunu” söylədi.
Tərcümə edəni İnci Yusifqızı /Zekainfo.az