
Müasir Köçərilər verilişinin bu buraxılışında biz qədim ənənələri
müasir janrlarla birləşdirən, beynəlxalq auditoriyaları valeh edən və ölkənin
zəngin mədəni irsinə yeni nəfəs verən qazax musiqiçiləri ilə görüşürük.
Qazax musiqiçiləri ənənəvi səsləri müasir şedevrlərə çevirirlər.
“Köçərilərin sehri” qazax alətləri, caz və boğaz ifasını, HasSak isə
etno-folklor musiqisində Şərq və Qərbi birləşdirir. Öz növbəsində,
dudeontheguitar, yeni nəslə çatmaq üçün onları hip-hopla birləşdirərək, poetik
improvizasiyanın əcdad sənəti olan aïtys-i yenidən kəşf edir.
Bu sənətçilər nəinki öz musiqi irsini qoruyub saxlayırlar, onu
beynəlxalq səhnəyə çıxarırlar və bu gün qazax musiqisini yenidən
müəyyənləşdirirlər.
Tərcümə edəni İnci Yusifqızı /Zekainfo.az