
1974-cü ildə Qdanskdakı Polşa muzeyindən oğurlanmış Brueghelin 17-ci
əsrə aid rəsm əsəri "sənət dünyasının İndiana Consu" ləqəbli
detektivin köməyi ilə Hollandiyada tapılıb.
Məşhur holland intibah ustası Kiçik Pieter Brueghel-in əlli ildən çox
itkin düşmüş rəsm əsəri Hollandiyada yenidən gündəmə gəlib. 1974-cü ildə
Polşanın Qdansk şəhərindəki Milli Muzeydən oğurlanmış “Köz daşıyan qadın”
(təxminən 1626-cı il) bu yaxınlarda Hollandiyanın Limburq əyalətinin Qouda
şəhərindəki muzeydə tapılıb.
Diametri demək olar ki, 17 santimetr olan bu kiçik, dairəvi rəsmdə
ikilik haqqında köhnə holland atalar sözünü simvolizə edən, əlində siqaret közü
və qazan tutan kəndli qadın təsvir edilmişdir.
Onilliklər ərzində onun yeri sirr və fərziyyə ilə örtülmüşdür və
Polşa kəşfiyyatının mümkün iştirakı ilə bağlı pıçıltılar səslənir.
Tərcümə edəni İnci Yusifqızı /Zekainfo.az