İsrail Qəzzanın cənubundakı yeni "Moraq oxu"na qoşun yerləşdirir İsrailin baş naziri Benyamin Netanyahu çərşənbə günü İsrailin boşaldılmasını əmr etdiyi Rəfah şəhərini Qəzza zolağının qalan hissəsindən ayırmaq məqsədi daşıyan yeni təhlükəsizlik dəhlizinin yaradıldığını açıqlayıb

Dünya 07 Aprel 2025 - 09:50

İsrail ordusu şənbə günü Qəzza zolağının cənubundan keçən yeni yaradılmış təhlükəsizlik dəhlizinə qoşun yerləşdirdiyini elan edib.

Baş nazir Benyamin Netanyahu çərşənbə günü "Moraq oxu" olaraq elan edilən dəhlizin Rəfah şəhərini Qəzza zolağının qalan hissəsindən kəsəcəyini təklif edib.

Bazar ertəsi Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşməli olan Benyamin Netanyahu deyib: “Biz Qəzza zolağının kəsilməsini və təzyiqi addım-addım artırırıq ki, onlar (Həmas) girovlarımızı bizə qaytarsınlar”.

Onun müdafiə naziri İsrael Katz bildirib ki, İsrail Qəzzanın "böyük ərazilərini" ələ keçirəcək və onları özünün sözdə təhlükəsizlik zonalarına əlavə edəcək.

Tərcümə edəni İnci Yusifqızı /Zekainfo.az  

reklamlar

Digər xəbərlər