Hamiləliyin orqanizmə təsiri əvvəllər düşünüldüyündən daha uzun sürür

Hamiləliyin orqanizmə təsiri əvvəllər düşünüldüyündən daha uzun sürür
Cəmiyyət 11 Aprel 2025 - 12:42

Hamiləliyin orqanizmə təsiri əvvəllər düşünüldüyündən daha uzun sürür, araşdırma göstərir ki, hamiləlik dövründə ana dölün böyüməsinə və inkişafına imkan verən fizioloji dəyişikliklərə məruz qalır

 

 

 

Ancaq bu dəyişikliklərin doğuşdan sonra nə qədər davam edə biləcəyi məlum deyildi. Bu, Le Nouvel Obs tərəfindən müəyyən edilmiş və 300.000 hadisə üzərində aparılan bu görünməmiş tədqiqatın mövzusudur: müəyyən aspektlərdə bədənin bərpası üçün bir ildən çox vaxt lazım ola bilər.

 

Martın 26-da Science Advances jurnalında dərc olunan tədqiqatçıların tapıntıları 20-35 yaş arası qadınlar üzərində aparılan və 2003-2020-ci illər arasında toplanmış 76 müxtəlif laboratoriya testinin təhlilinin nəticəsidir. Ümumilikdə, İsraildə doğuşdan 8 həftə əvvəldən 20 həftəyə qədər patoloji olmayan 300.000 hamiləlik araşdırılıb.

 

Birinci nəticə: qadınların yarısı hamiləliyin fizioloji yükünü vurğulayan müəyyən edilmiş göstəricilərin "normal" vəziyyətinə qayıtması üçün üç aydan bir ilə qədər vaxt aparır. Doğuşdan sonra sadə bir "dördüncü trimestr" əvəzinə, testlərlə ölçülən göstəricilərin 31/76-sı üçün 10 ilə 50 həftə arasında yavaş bir bərpa müşahidə edirik.

 

 

Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az  

reklamlar

Digər xəbərlər