QHT sədri Ankarada keçirilən “Turk Dünyası sivil toplum çalıştayı” adlı tədbirdən danışdı

QHT sədri Ankarada keçirilən “Turk Dünyası sivil toplum çalıştayı” adlı tədbirdən danışdı
Cəmiyyət 11 Aprel 2025 - 17:27

Bu gün Ankarada Türk dünyasının qeyri-hökumət təşkilatları arasında müzakirə keçirilib.

Zekainfo.az xəbər verir ki, EkoAvrasiya Vəqfi, İpək Yolu İctimai Diplomatiya Təşkilatı və Türk Dünyası Qeyri-Hökumət Təşkilatları Əməkdaşlığı Dərnəyi (TÜRKSİT) tərəfindən təşkil olunan “Türk Dünyası Qeyri-Hökumət Təşkilatları Çalıştayı” Türk dünyasında QHT-lər arasında əməkdaşlığı və koordinasiyanı gücləndirmək məqsədi daşıyırdı. Tədbirdə vətəndaş cəmiyyətinin rolu, birgə strategiyaların formalaşdırılması və ortaq layihələrin icrası geniş müzakirə olundu.

Çalıştayda çıxışı ilə diqqət çəkənlərdən biri də “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri, tədqiqatçı-jurnalist Cəmilə Çiçək oldu. O, can Azərbaycandan gətirdiyi salam və sevgilərlə tədbir iştirakçılarını salamladı, “Bir Millət – iki Dövlət” ruhunu yüksək qiymətləndirdi. Cəmilə Çiçək çıxışında Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində yalnız öz torpaqları deyil, bütövlükdə Türk dünyasının şərəfi uğrunda mübarizə apardığını vurğuladı. O, şəhidlərin və qazilərin qəhrəmanlığına, bu yolda QHT-lərin verdiyi dəstəyə xüsusi diqqət çəkdi. Tədbirdə çıxış edən TBMM Grup Başkanvekili, Prof. Dr. Filiz KILIÇ, Türk dünyasının ortaq tarixi, mədəni dəyərləri və gələcək inkişaf imkanları barədə danışaraq, bu cür toplantıların birliyin güclənməsində mühüm rol oynadığını vurğulayıb.

“Zəka İşığında” İctimai Birliyinin Türk dünyası gənclərinin intellektual və mənəvi inkişafına, milli-mədəni dəyərlərin təbliğinə xidmət etdiyini bildirən Cəmilə Çiçək qeyd etdi ki, bu istiqamətdə həyata keçirilən layihələr türk birliyinin möhkəmləndirilməsinə töhfə verir.

Çıxışının sonunda Cəmilə Çiçək Kəlbəcərin tədbirin təşkilinə görə komitəyə və xüsusilə də Seyfullah Türksöya təşəkkürünü bildirərək çıxışını bu sözlərlə tamamladı: “Var olsun Türk dünyası! Var olsun Turan elləri! Var olsun Türk dünyasının ictimai liderləri!”

 

reklamlar

Digər xəbərlər