Qəzza: Sinaya səfər edən Emmanuel Makron humanitar yardımın sürətlə bərpasına çağırıb

Qəzza: Sinaya səfər edən Emmanuel Makron humanitar yardımın sürətlə bərpasına çağırıb
Dünya 14 Aprel 2025 - 15:05


 

 

 

Misirin şimal-şərqindəki Sinay yarımadasındakı Əl-Arishə səfəri zamanı Emmanuel Makron bu çərşənbə axşamı Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə anklavdan təxminən əlli kilometr aralıda Qəzza üçün nəzərdə tutulan humanitar yardım anbar mərkəzinə gedib.

 

Fransa dövlət başçısı HƏMAS və İsrail arasında yeni atəşkəs əldə etməyə və Qəzzaya humanitar yardım axınını bərpa etməyə çağırıb.

 

"Qəzzada humanitar vəziyyət dözülməzdir. Yardımın bərpası, girovların azad edilməsi, atəşkəs və sülhə gedən yol tamamilə vacibdir", - Fransa prezidenti X sosial şəbəkəsində bəyan edib.

 

 

Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az 

 

reklamlar

Digər xəbərlər