Ukrayna sülh danışıqları: Marko Rubio London görüşündə iştirak etmədi

Ukrayna sülh danışıqları: Marko Rubio London görüşündə iştirak etmədi
Dünya 24 Aprel 2025 - 11:48


 

 

Məlumata görə, ABŞ liderləri Ukraynanın ərazilərini Rusiyaya verməkdən imtina etməsindən hiddətlənib.

 

Çərşənbə günü Londonda Rusiyanın kütləvi işğalına son qoymaq üçün ABŞ, Ukrayna və Avropa rəsmiləri arasında danışıqların keçirilməsi planlaşdırılırdı, lakin ABŞ dövlət katibi Marko Rubio iştirakını ləğv etdikdən sonra görüşün reytinqi aşağı salındı.

 

Əvəzində Vaşinqton Ukraynaya öz nümayəndəsini, ABŞ-ın yeni administrasiyası işə başlayandan bəri danışıqların ən mühüm mərhələlərindən bəzilərində iştirak etməyən istefada olan general Keyt Kelloqu göndərdi.

 

Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az  

reklamlar

Digər xəbərlər