
Dünya
15:10, 14 Aprel 2025
ABŞ-ın baş
prokuroru Pam Bondi, 6 aprel bazar günü, sağlamlıq sığortası müdirini öldürdüyü
iddia edilən Luici Mangioneyə qarşı ölüm cəzası tələb etmək qərarını müdafiə
etdi. Daha sonra o, Tramp administrasiyasının “mümkün olduqda” bunu edəcəyini
söylədi.
"Prezidentin göstərişləri çox aydındır: Biz
mümkün olduqda ölüm hökmünü axtarmalıyıq" dedi Pam Bondi Fox News-da.
Yanvarın 20-də Ağ Evə qayıdan Donald Tramp ən ağır
cinayətlərə, həmçinin polis əməkdaşlarının qətlinə və qeyri-qanuni əcnəbilər tərəfindən
törədilən cinayətlərə görə ölüm cəzasının sistemli şəkildə tətbiq edilməsi barədə
sərəncam imzalayıb.
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az