
Kaliforniyada dünyanın ən yaşlı ağacı yanğın səbəbiylə
təhlükə altındadır Donald Tramp Vaşinqtonda Ağ Evin "ciddi təhlükəsizlik
riski" yaradan tarixi maqnoliya ağacını kəsməyi planlaşdırarkən, ölkə
daxilində dünyanın ən yaşlı ağacı təhlükə altındadır
1950-ci illərin sonunda tədqiq edildiyi zaman 4789
yaşında olduğu təxmin edilən tüklü şam ağacı (Pinus longaeva) Kaliforniyada
yanğınlar təhlükəsi altındadır.
Sierra Nevada ştatının şərqində bazar günündən bəri
yanğın davam edir. Çərşənbə axşamı, aprelin 1-də Guardian-ın verdiyi məlumata görə,
İnyo dairəsində artıq 645 hektardan çox ərazi yanıb, 800 evi təxliyə etməyə məcbur
edib.
969 yaşında vəfat edən Əhdi-Ətiq fiqurunun adını
daşıyan Metuselah dəniz səviyyəsindən 3350 metr yüksəklikdə Ağ Dağlardakı şam
meşəsində tapılıb. Bu, planetdəki ən qədim klonal olmayan canlı orqanizmdir. Hər
hansı vandalizm aktının qarşısını almaq üçün bu ölü ağacın dəqiq yeri qəsdən
gizli saxlanılır.
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az