
Mərkəzi Asiya Aİ ilə vahid blok kimi əməkdaşlıq etmək istəyir Avropa İttifaqı ilə beş Mərkəzi Asiya ölkəsi arasında keçirilən ilk
sammitdən sonra sonuncunun liderləri “blok” kimi qəbul olunmasının vacibliyini
vurğulayıblar
Sammit digər
blok, Avropa bloku ilə Mərkəzi Asiya arasında əlaqələrin möhkəmlənməsi ilə başa
çatıb.
Avropa İttifaqı ilə Qazaxıstan, Özbəkistan, Türkmənistan,
Qırğızıstan və Tacikistan liderləri arasında qədim Özbəkistanın Səmərqənd şəhərində
keçirilən ilk ikitərəfli görüşdən iki güclü mesaj gəldi.
Müzakirələr bir tərəfdən göstərdi ki, Mərkəzi
Asiyada siyasi sabitlik əldə olunub, qonşuları ilə yaxşı münasibətlər yaranıb və
inkişafa harmonik yanaşmanın tərəfdarıdır. Avropa Birliyi beş liderə bir blok
kimi müraciət edərək, beynəlxalq səhnədə onlara daha çox əhəmiyyət verməklə
bunu tanıdı.
Digər tərəfdən, Mərkəzi Asiya liderləri sammitdə
Avropa liderlərinin onlara təklif etdiyi bütün əməkdaşlıq formalarını böyük həvəslə
qarşıladılar.
Regionun ən böyük iqtisadiyyatı olan Qazaxıstanın gələcək
addımlarına böyük ümidlər bəsləyir, çünki ölkə onun Avropa İttifaqı üçün əhəmiyyətini
yaxşı dərk edir.
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az