
Dünya
17:00, 18 Aprel 2025
VİDEO OYUN - Dünyanın ən zəngin adamını necə qəzəbləndirmək
olar? Şənbə günü, aprelin 5-də Elon Musk Starlink-in imkanlarını sınamaq üçün
öz sevimli oyunu Path of Exile 2-ni təyyarəsindən yayımladı. Məqalənin
yuxarısındakı videomuzda gördüyünüz kimi heç bir şey planlaşdırıldığı kimi getmədi.
X platformasında canlı yayımı zamanı SpaceX rəhbəri
oyunun söhbətində çoxsaylı nifrət dolu mesajlar aldı. Oyunçulardan biri "Sənin
əsl dostların yoxdur və tək öləcəksən" yazıb. "Bütün evliliklərini məhv
etdiyin kimi ölkəni də məhv etdin" deyən biri qışqırır.
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az