
ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib ki, Çin
Panama kanalı üçün davamlı təhlükə yaradır.
ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib ki, Çin
Panama kanalı üçün davamlı təhlükə yaradır, lakin Birləşmiş Ştatlar və Panama
birlikdə bu mühüm su yolunun təhlükəsizliyini təmin edəcəklər.
Panama prezidenti Xose Raul Mulino ilə görüşdən
sonra Vasko Nunyes de Balboa hərbi dəniz bazasında ABŞ tərəfindən maliyyələşdirilən
yeni dokun açılışında çıxış edən Heqset bildirib ki, ABŞ Çin və ya hər hansı
digər ölkənin kanalın fəaliyyətini təhdid etməsinə icazə verməyəcək.
“Bu məqsədlə Birləşmiş Ştatlar və Panama son həftələrdə
müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıqlarını gücləndirmək üçün onilliklərdə
olduğundan daha çox işlər görüblər” dedi
.
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az