
Saint-Pierre-et-Miquelon, “zibilxana”, “həbsxana”,
“təcridxana” və ya yeni nəsil cəza koloniyaları? Laurent Wauquiez-in ifrat
sağçı milyarder Vincent Bolloréyə məxsus JDNews-un köşələrində etdiyi təklif
böyük etirazlara səbəb olub. Və yekdilliklə buna qarşıdır.
Auvergne Rhône Alpes bölgəsinin keçmiş prezidentini
solçular, Makronun partiyası, hətta bəzi sağçılar və həddindən artıq sağçılar
Kanada sahillərində yerləşən Fransa arxipelaqı, tez-tez şaxtalı və tez-tez
donması ilə tanınan Saint-Pierre-et-Miquelon'a "OQTF altında təhlükəli əcnəbilər"
göndərməyi təklif edərək həddi aşmaqda günahlandırdılar. Xarici ərazilər üzrə
nazir Manuel Valls açıqlamasında “Bura Fransadır, həbsxana və ya təcridxana
deyil” dedi. Onun sözlərinə görə, "heç bir Fransa ərazisi aşağı liqa zonası
kimi rəftar edilməyə layiq deyil".
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az