
İlk ikitərəfli sammit: Aİ Mərkəzi Asiya ilə yeni tərəfdaşlıq
sazişi bağlayıb İlk ikitərəfli sammitdən sonra Aİ beş Mərkəzi Asiya ölkəsi ilə
iqtisadi əməkdaşlığın gücləndirilməsinə yönəlmiş yeni strateji tərəfdaşlıq
sazişi imzalayıb
Aİ Özbəkistanın Səmərqənd şəhərində keçirilən
birinci sammitdən sonra Mərkəzi Asiya ölkələri ilə yeni strateji tərəfdaşlıq
elan edib.
İlk Aİ-Mərkəzi Asiya sammitində Avropa Şurasının sədri
Antonio Kosta və Avropa komissarı Ursula fon der Leyen Qazaxıstan, Qırğızıstan,
Tacikistan, Türkmənistan və Özbəkistan liderləri ilə iki günlük danışıqlar
aparıblar.
Sammit, ABŞ prezidenti Donald Trampın Aİ və Böyük
Britaniya kimi müttəfiqlər də daxil olmaqla, bir neçə ölkəyə bir sıra tariflər
elan etməsindən bir gün sonra, bazarları sarsıdan və dünya liderlərinin tənqidinə
səbəb olan təlatümlü geosiyasi və iqtisadi şəraitdə baş tutub.
Diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü
qeyd edən Antonio Kosta çoxtərəfli əməkdaşlığın vacibliyini vurğulayıb.
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az