
Rusiyanın Krivoy Roğa ballistik raket zərbələri
endirməsi nəticəsində ən azı 19 nəfər ölüb Ukrayna prezidenti Vladimir
Zelenskinin sözlərinə görə, "Ruslar hər gün zərbələr endirir
Hər gün
insanlar öldürülür... Rusiya atəşkəs istəmir və biz bunu görürük. Bütün dünya
bunu görür. Hər raket, hər hücum pilotsuz təyyarəsi sübut edir ki, Rusiya ancaq
müharibə istəyir".
Cümə günü Rusiya ballistik raketləri Ukraynanın mərkəzi
Kryvyi Roh şəhərində yaşayış məntəqəsini hədəfə alıb və nəticədə 9-u uşaq
olmaqla azı 19 nəfər həlak olub.
Dnepr Regional Hərbi Administrasiyasının rəhbəri
Serxii Lısak özünün rəsmi Telegram kanalında 12-si uşaq olmaqla, daha 60-dan
çox insanın yaralandığını və müalicə alan tibb müəssisələrində olduğunu
bildirib.
Xəsarət alanlar arasında uşaqlar da olub, onlardan ən
kiçiyi üç aylıqdır.
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az