Minalar: Ukraynadakı müharibə daha da pis olacağı qorxusunu artırır

Minalar: Ukraynadakı müharibə daha da pis olacağı qorxusunu artırır
Dünya 09 Aprel 2025 - 11:49


 

 

 

Orta hesabla, hər saat dünyanın bir yerində bir nəfər minaya düşərək ölür və ya yaralanır və Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, qurbanlar çox vaxt uşaqlar olur.

Beynəlxalq Mina Maarifləndirilməsi Günündə xeyriyyə təşkilatları daha çox qlobal fəaliyyət üçün yeni çağırış edib.

 

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, minalar, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğular xüsusilə silahlı münaqişə vəziyyətlərində ölüm və yaralanmalara səbəb olmaqda davam edir.

 

Orta hesabla hər saatda bir nəfər belə partlayıcı qurğunun təsiri ilə ölür və ya yaralanır və Birləşmiş Millətlər Təşkilatı deyir ki, qurbanlar çox vaxt uşaqlar olur.

 

Təxminlərə görə, dünyanın təxminən 64 ölkəsinə 10 milyon mina səpələnmiş ola bilər və hər il iki ilə beş milyon arasında yeni mina qoyulur.

 

 

Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az 

 

reklamlar

Digər xəbərlər