Cəmiyyət
18:00, Bugün
İki gün ərzində Kəlbəcərə yağan qar şəhər ərazisində bəzi yerlərdə 30-40 sm təşkil edib. Hazırda Kəlbəcər rayonu ərazisində yağıntı müşahidə olunmur.
Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən Zekainfo.az-a verilən məlumata görə, əsas avtomobil yollarında qar örtüyünün qalınlığı 1-3 sm təşkil edir.
"Cari saata olan məlumata əsasən havanın temperaturu +3°C-dir. Günün ikinci yarısında temperaturun +8°C-dək yüksələcəyi proqnozlaşdırılır".
Yağan qar kəlbəcərli uşaqların ürəyincədir. Onlar qarlı yollarda xizək yarışı keçirir