19 mindən çox şəxsə əlillik təyin olundu

19 mindən çox şəxsə əlillik təyin olundu
Cəmiyyət 10 İyun 2026 - 11:18

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-may ayları ərzində 19,4 min şəxsə əlillik təyin edilib.

Zekainfo.az xəbər verir ki, bununla bağlı ƏƏSMN məlumat yayıb.

Bildirilib ki, onlardan 8,6 min şəxsə ilkin, 10,8 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb.

Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir.

reklamlar

Digər xəbərlər