İdman
13:35, Bugün
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev karyerasını yeni klubda davam etdirəcək.
Zekainfo.az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, bu mövsümün sonunda "Qarabağ" ilə olan müqaviləsi başa çatan futbolçu Azərbaycan Premyer Liqasına yeni yüksəlmiş "Şəfa" klubuna keçəcək.
Tərəflər arasında danışıqlar müsbət yöndə davam edir və transferin yaxın günlərdə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Ramil Şeydayev son mövsüm "Qarabağ"ın heyətində 11 matça çıxıb, iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.