Kitabxanaçıların maaşı artırılacaq? - Nazir açıqladı

Kitabxanaçıların maaşı artırılacaq? - Nazir açıqladı
Gündəm 10 İyun 2026 - 12:46

"Kitabxanaçılar bizim üçün çox önəmlidir. Kitabxana sisteminin təkmilləşdirilməsi işində ən üstün tutduğumuz mövzu insan faktorudur".

Zekainfo.az xəbər verir ki, bunu Milli Məclisdə “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirədə çıxışı zamanı mədəniyyət naziri Adil Kərimli deyib.

"Dövlət tərəfindən verilən tapşırıqlardan ən vacibi əməyin ödənişin şərtlərinin yaxşılaşdırılmasıdır. Keyfiyyətli xidmətin təmin edilməsi üçün bu önəmli məsələdir. Bunun üzərində iş gedir və artıq konkret model hazırdır", - deyə nazir bildirib.

A.Kərimli qeyd edib ki, kitabxana sistemində bu sahəyə bələd olmayan və peşəkarlığı sual altında olan şəxslərin fəaliyyəti var: "Bununla bərabər, çox peşəkar kitabxanaçılar, bu sahəyə fədai kimi bağlı olan insanlar da var. Biz onları çox yüksək qiymətləndiririk. Elə ucqar rayonlarda, elə şəraitdə işləyən kitabxanaçılarımız var ki, biz onları görəndə həqiqətən də özümüz qürur duyuruq ki, belə insanlar var və kitaba olan sevgini, bu sahədə xidmət göstərmək eşqi ilə yaşayıb və davam edirlər".

reklamlar

Digər xəbərlər