“Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır”

“Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır”
Cəmiyət 26 Noyabr 2024 - 17:06

25 noyabrda Elm və Təhsil Nazirliyinin Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Kəlbəcər rayonunu 37 nömrəli tam orta məktəbində “Zəka İşığında” Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin dəstəyi ilə "Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır" adlı növbəti məşğələlər (VIII siniflər üçün) təşkil olundu.
Aktual məsələlərə aid bu məşğələni məktəbin psixoloqu kimi mən, biologiya müəllimləri Əzizə Abdullayeva, Türkan Salayeva və VIII siniflərin sinif rəhbərlərinin iştirakı ilə reallaşdırdıq. Budəfəki məşğələnin əsas mövzusu məktəbimizdə oxuyan yuxarı sinif şagirdlərin fərdi sağlamlıqla bağlı bilgilərin ötürulməsi idi.
Toplantının əsas mahiyyəti məktəblilərin fiziki – bədən forması baxımından və mənəvi-psixoloji cəhətdən sağlam böyüməsi, şagirdlərin gələcəkdə rəqabətədavamlı peşəkar əməkdaş kimi formalaşdırılmasına yardımçı olmaq idi.
Məşğələ zamanı VIII sinif sagirdlərinin diqqətinə çatdırıldı ki, gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır və hər bir insan, eyni zamanda, ailə üçün fundamental əhəmiyyət kəsb edir, cəmiyyətin sosial-iqtisadi inkişafının səviyyəsini səciyyələndirir.
Onu da qeyd edək ki, Elm və Təhsil Nazirliyi tərəfindən bu silsilə tədris məşğələlərinin keçirilməsi barədə öncədən məktəb rəhbərlərinə elektron metodik vəsait və məlumatlandırma dosyası göndərilmişdir. Eyni zamanda gigiyena və düzgün qidalanmayla əlaqədar sağlamlıq kursunun məşğələlərini VIII siniflərin sinif saatları hesabına ilin sonuna kimi tədris etmək tövsiyə edilib. Bu il ərzində VIII sinifin oğlan və qızlarına (ayrı-ayrı olmaqla) "Gigiyena və düzgün qidalanma sağlamlığın əsasıdır" mövzusunda məşğələlər metodiki vəsaitdə yazılan ssenarilərə uyğun aparıldı.
Məsğələdə sadə və praktik formada VIII sinif şagirdlərinə məktəbdə gigiyena və düzgün qidalanma haqqında geniş məlumatlar verildi. Təlimdə gigiyena qaydaları haqqında məlumatlar verən sinif rəhbərləri də bildirdilər ki, həftədə, ən azı, 2 dəfə duş qəbul etmək, üst geyimlərin, digər paltarların və ayaqqabıların təmizliyinə xüsusi diqqət ayırmaq vacibdir.
Vaxtlı-vaxtında dırnaqların tutulmasına, qızların saçlarının səliqəli formada yığılmasına, oğlanların saçlarının qısa vurulmasına xüsusi önəm verilməsinin estetik və gigiyenik tərəfləri barədə danışan təlimçi onu da bildirdi ki, əllərin tez-tez sabunla yuyulması, səhər-axşam dişlərin fırçalanması, yeməkdən sonra ağız boşluğunun yaxalanması gündəlik adətə çevrilməlidir. Məşğələnin sonunda bir sıra gigiyenik və etik məsələlər ətrafında geniş müzakirə açıldı, şagirdlərin verdiyi suallar cavablandırıldı.
Məktəbdə VIII siniflər üzrə 52 oğlan, 37 qız şagird təhsil alır və onların mütləq əksəriyyəti məğələlərə cəlb olunublar. Belə ki, VIII sinif üzrə 97 faiz qız, 98 faiz oğlan məşğələlərdə iştirak edib.
Keçirilən silsilə məşğələlər sosial şəbəkələrdə işıqlandırılacaq, çəkilmiş fotoşəkillər rayon təhsil sektoruna, Fesbook linkləri rayon təhsil sektoru tərəfindən hesabat şəkilində Şərqi Zəngəzur Regional Təhsil idarəsinə göndəriləcəkdir.
reklamlar

Digər xəbərlər