Kəlbəcər ədəbi mühitinin 87 yaşlı nümayəndəsi el arsında məhəbbət şairi kimi tanınan şair-yazıçı Əyyub Cabbarovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə MÜRACİƏTİ

 Kəlbəcər ədəbi mühitinin 87 yaşlı nümayəndəsi el arsında məhəbbət şairi kimi tanınan şair-yazıçı Əyyub Cabbarovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə  MÜRACİƏTİ
Cəmiyət 28 Noyabr 2024 - 10:25


 

MÖHTƏRƏM PREZİDENTİMİZ İLHAM ƏLİYEV CƏNABLARI!

 

Məlum edirəm ki, mən Əyyub Cabbarov 5 mart 1937-ci ildə, Kəlbəcər rayonunun Məmmədsəfi kəndində ziyalı ailəsində dünyaya göz açmışam. 1957-ci ildə Bərdə rayonu Ləmbərən kəndində orta məktəbini bitirdikdən sonra bir neçə il fəhləliklə məşğul olmuş, 1963-cü ildə Bakı Plan-Uçot Texnikumunun Mühasibatlıq ixtisası üzrə əyani təhsil aıdıqdan sonra doğma Kəlbəcər rayonuna dönərək əmək fəaliyyətinə müxtəlif idarələrdə mühasib kimi çalışmışam

 

1967-ci ildə isə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və Ədəbiyyatı fakultəsində ali təhsilimi qiyabi davam etdirmişəm. Mühasib vəzifəsində fəaliyyətimi davam etdirməklə yanaşı, yaradıcı fəaliyyətlə də davamlı məşğul olmuşam. Belə ki, 10 yaşımdan qoşmalar qələmə alıb, gənc yaşlarmdan etibarən isə poeziyanın müxtəlif janrlarında (gəraylı, təcnis, divani və s.) oxunaqlı şeirlər yazmışam. Şeirlərimin əksər hissəsi sevgi mövzusundadı, məhz bu səbəbdən də məni el arsında məhəbbət şairi adlandırıblar.

 

Etiraf edirəm ki, Qarabağ bölgəsinin qismən də olsa tanınmış ziyalısı kimi uzun həyat yolu keçərək həm də gözəl ailə sahibi olmuşam. 4 övladım, iki qızm və iki oğlum, şirin nəvələrim və sevimli nəticələrim var.

1993-cü ildə erməni qəsbkarları tərəfindən Kəlbəcər rayonu işğal olduqdan sonra  ailəm ilə birlikdə müvəqqəti olaraq Gəncə şəhərinin Gülüstan qəsəbəsində məskunlaşmışam.

 

Həyat hər zaman mənim də üzümə gülməyib. Teyyub adlı böyük oğlum 2006-cı ildə infarkdan dünyasını vaxtsız dəyişdi. Teyyubun gözünün ağı-qarası olan yeganə oğlu Burcu mənim yaşam ruhumun qaynağı olub.

 

İndiyə qədər 8 poetik kitabım işıq üzü görmüşdür. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. 1999-cu ildə “Yamanca tutulduq qarğışa dağlar” (redaktoru: jurnaslist-naşir Əlövsət Ağalarov) adlı ilk kitabım işıq üzü görüb. Daha sonralar 2006-cı ildə “Ayrılıq görüşdən qabağa düşdü” (redaktoru: Əlövsət Ağalarov), 2006-cı ildə “Günahlı dünya” (redaktoru: Zahid Muxtar), 2012-ci ildə “Ay arxadan baxan illər” (redaktoru: Səbinə İsaqızı), “Yamanca tutulduq qarğışa dağlar” kitabım Tehranda “Qum” mətbəəsində fars əlifbası ilə təkrar çap olunub. 2015-ci ildə “Əyyub və Sənəm dastanı” kitabım, (elmi redaktoru: Füzuli Bayat, toplayanı və tərtibçisi: Cəmilə Çiçək), AMEA-nın Folkor İnstitutunun elmi şürasının qərarı ilə çap olunub.

 

“Əyyub və Sənəm dastanı” Qarabağ zonasında dillər əzbəri olaraq məclislərdə aşıqlar tərəfindən sevə-sevə şeirlərim sazda ifa olunurdu. Hər kəsə məlumdur ki, hazıra qədər də bu dastan respublikamızın bütün regionlarında davam edir.

Dastandan bir nümunəyə diqqət ayıraq:

 

Söz tamam olur. Əyyub qızlardan öyrənir ki, onlar aran ellərindən İstisuya gəliblər. Bir neçə gündən sonra Qaraarxac yaylağındakı  obalarına gedəcəklər. O, iş yerinə gəlir. Gecikməsinin səbəbini soruşurlar. Alır görək suala şeirlə necə cavab verir:

 

 

Əziz qardaş, adım çıxdı yadımdan,

Dəlidağda elə gördüm Sənəmi!

Bir göz vurdum, toxunmadı nişana,

Dedi: Yeri, qocalmısan sən, əmi!

 

Aran gözəlisən, dağlar qarısan,

“Hansı bəxtəvərin vəfadarısan?”

Dedim: gözəllərin tacidarısan,

Gülüb dedi: Dərdi qalıb sənəmi?

 

Dedim: A mürvətsiz, umacağım var.

Dedi: Kəsə danış, sözünü qurtar.

Dedim:  Göz vurmuşam, özümə qaytar,

Dedi:  Əyyub, gəl aldatma Sənəmi.

 

“Duz yüklü ömür karvanı” (redaktor: Vəliyyəddin İsmayılov) adlı sonuncu şeirlər kitabım 2017-ci ildə çap olunub: hazırda növbəti şeirlər kitabım çapa hazırlanır. Cəmilə Çiçəklə birgə deyişmələrimiz əsasında “Əziz və Çiçək Dastanı” adlı kitabımızın da bu yaxınlarda işıq üzü görülməsi gözlənilir. Haqqında sözügedən nəşrlərdən sonra hər iki dəyərli kitab geniş ədəbi ictimaiyyətə təqdim olunacaqdı.

 

Məlum edirəm ki, Sizə bir neçə dəfə rəsmi müracətlərim olub, son müraciətim isə 05.10.2021-ci il tarixdə olmuşdu. Lakin təssüflər olsun ki, bu barədə hələ də Azərbaycan Yazıçılar Birliyindən bu günə kimi müsbət cavab almamışıq.

 

 

MÖHTƏRƏM PREZİDENTİMİZ!

Sizdən ricam budur ki, əgər haqqım çatırsa (artıq 89 yaşım var), yuxarda qeyd olunan səbləri nəzərə alaraq məni Prezident təqaüdünə layiq görülməyim üçün şəxsən özünüz rəsmi qərar qəbul edərək, Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinə bu barədə məlumat verəsiniz.

Əvvəlcədən Sizə dərin minnətdarlığımı bildirirəm.

 

 

Hazırladı: Cəmilə ÇİÇƏK

 

 

reklamlar

Digər xəbərlər