Cəmiyət
12:33, 26 Dekabr 2024
2024-cü il noyabrın 28-də Bakı Konqres Mərkəzində QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə elan etdiyi qrant müsabiqələrinə dair infosessiya davam etdirilib.
"Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyi olaraq biz də İnfosessiyada iştirak edib, müzakirələrə qatıldıq.
Görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Azər Allahverənov və digər məsul şəxslər iştirak edib.
Görüşdə suallar cavablandırılıb, təkliflər dinlənilib, müvafiq qeydlər götürülüb, gözləntilər ətraflı izah olunub.
Bununla da 2025-ci ilin qrant müsabiqələri barədə infosessiya başa çatıb. Ümumilikdə, son 3 gün ərzində keçirilən infosessiyada 300-dən çox QHT rəhbəri iştirak edib.