Anım Günü: Uzaq Səfərlər Kapitanı Mübariz Mədətov

Anım Günü: Uzaq Səfərlər Kapitanı Mübariz Mədətov
Cəmiyət 03 Dekabr 2024 - 10:52


 

 

Həyatı boyunca dənizçiliyə sədaqət və özünü tamamilə bu sahəyə həsr etməklə yadda qalan Uzaq Səfərlər Kapitanı Mübariz Mədətov, Azərbaycanın dənizçilik tarixində unudulmaz bir iz buraxmışdır. Bu gün onun anım günüdür. O, təkcə bir kapitan deyil, həm də dənizçi nəslinin formalaşmasında mühüm rol oynayan bir şəxs olub.

 

1952-ci ilin noyabrın 8-də Bakıda dünyaya gələn Mübariz Mədətov, erkən yaşlardan özünü dənizçilik peşəsinə həsr edib. 25 nömrəli məktəbin səkkizinci sinfini bitirdikdən sonra 1968-ci ildə Bakı Dəniz Yolları Məktəbinə daxil olub. 1972-ci ildə texnik-gəmi sürücüsü, daha sonra 1973-1989-cu illərdə Odessa Ali Dəniz Mühəndisləri Məktəbində mühəndis-gəmi sürücüsü ixtisaslarına yiyələnib.

 

Dənizçiliyin ilk illərində matros kimi işləməyə başlayan Mübariz Mədətov, 1973-1986-cı illər arasında gəmirdə kapitanın müxtəlif köməkçisi və sonda kapitanı kimi fəaliyyət göstərib. Onun uzaq səfərləri, çoxtərəfli bəcərisi və liderliyi ona həmişə hörmət qazandırıb.

 

1995-ci ildə Xəzər Dəniz Gəmiçiliyinin Kadrlar Xidmətinin rəisi təyin edilən Mübariz Mədətov, 1997-ci ildə Sosial Məsələlər və Təsərrüfat Xidmətinin rəisi, 2000-ci ilin avqustunda isə Xəzər Dəniz Neft Donanmasının rəisi vəzifəsində işləyib.

 

Onun gəmiçiliyin inkişafında oynadığı rol 2006-cı ildə "Tərəqqi" medalı, 2012-ci ildə isə "Azərbaycanın Əməkdar mühəndisi" fəxri adı ilə qiymətləndirilib.

Onun uzaq səfərlərə çıxaraq dünya limanlarını ziyarət etməsi, təkcə bir dənizçi kimi deyil, eyni zamanda ölkəsini beynəlxalq arenada təmsil etməsi kimi də qiymətlidir. Bu səfərlər, onun peşəkar liderliyi və təvazökar şəxsiyyəti ilə yanaşı, gənc dənizçilərə də örnək olub.

 

Xanım İsmayılqızının ona həsr etdiyi "Kapitan" mahnısı onun xatirəsini çoxların qəlbində yaşatmaqda davam edir. Mübariz Mədətov, sadəcə bir kapitan kimi deyil, həmişə qayğıkeş, öyrətməyi sevən və dənizçiliyin ruhunu qorumaq üçün dərindən çalışan bir şəxs olaraq tanınıb. O, təkcə lider deyil, həmişə dost, müsavər və yol göstərici olub.

 

Bu gün biz onun anısında təkcə bir insanı deyil, bütün bir tarixə sadiq olan bir şəxsiyyəti yad edirik. Mübariz Mədətovun irsi, onunla tanışanların və dənizçilik sahəsində yolunu davam etdirənlərin yaddaşında daim yaşayacaq.

 

 

Sakit Məmmədov Zekainfo.az/

 

reklamlar

Digər xəbərlər