Asteroid 2024 YR4 artıq Yer üçün təhlükə yaratmır, alimlər deyirlər

Asteroid 2024 YR4 artıq Yer üçün təhlükə yaratmır, alimlər deyirlər
Hadisə 28 Fevral 2025 - 16:30


 

 

Alimlər bu ayın əvvəlində zərbə ehtimalı 3%-ə çatan YR4 asteroidinin Yerə zərər verə biləcəyini istisna ediblər.

 

Alimlər 2032-ci ildə Yer kürəsinin ən sıx məskunlaşdığı bölgələrindən birində toqquşacağına inandıqları asteroid təhlükəsini demək olar ki, tamamilə istisna ediblər.

 

Dekabrın 27-də Asteroid Yerə Zərbənin Son Xəbərdarlığı Sisteminin (ATLAS) Çili stansiyası tərəfindən bu yaxınlarda aşkar edilmiş YR4 asteroidi ilə toqquşma ehtimalı 3%-ə çatdı və bir neçə gün ərzində dünyanın asteroid riskləri siyahısında birinci yeri tutdu. Alimlər əslində onu Turin şkalasının 3-cü səviyyəsində təsnif etmişdilər.

 

Avropa Kosmik Agentliyi (ESA) o vaxtdan bu ehtimalı 0,001%-ə endirib.

 

ABŞ kosmik agentliyi NASA bunu 0,0017%-ə endirib, yəni asteroid 2032-ci ildə Yerdən təhlükəsiz keçəcək və növbəti əsrdə heç bir zərbə riski olmayacaq.

 

 

Tərcümə edəni İnci Yusifqızı /Zekainfo.az

 

reklamlar

Digər xəbərlər