
Məqalənin yuxarısındakı videoda gördüyünüz kimi, 1992-ci ildən bəri
meşə yanğınlarının rekord həddə çatdığı Yaponiyanın şimalında minlərlə sakin təxliyə
edilib.
Yapon səlahiyyətliləri bazar günü bildiriblər ki, yanğınlar çərşənbə
günü başlayandan bəri Yaponiyanın şimalındakı meşəlik İvate bölgəsindəki
Ofunato şəhəri ətrafındakı əraziləri təxminən 2000 nəfər tərk edib.
Onların bir çoxu dostları və ya qohumlarının yanına sığınıb, 1200-dən
çoxu isə sığınacaqlara aparılıb, deyə əlavə edib. 80-dən çox binaya da ziyan
vuran alovda ən azı bir nəfər ölüb.
Agentliyin sözçüsü şənbə günü AFP-ni əmin edib: "Biz hələ də təsirə
məruz qalan ərazini müəyyənləşdirməyə çalışırıq, lakin bu, 1992-ci ildən bəri ən
böyük ərazidir". Həmin vaxt Hokkaydo adasının şimalında yerləşən Kuşiroda
yanğın 1030 hektar ərazini məhv edib.
Tərcümə edəni İnci Yusifqızı /Zekainfo.az