
Amerika prezidenti Vaşinqtonda İtaliyanın baş nazirini qəbul edib.
Onlar gömrük rüsumları, immiqrasiya və Ukraynadakı müharibəni müzakirə ediblər.
İtaliyanın baş naziri Giorgia Meloni Ağ Evdə ABŞ prezidenti Donald
Trampla görüşüb. Oval kabinetdə keçirilən ikitərəfli görüşdən sonra qapalı
nahardan sonra iki lider Ağ Evin və italyan jurnalistlərin suallarını
cavablandıraraq, şəxsi və institusional anlayışlarını təsdiqləyiblər.
“Meloni baş nazir olaraq qalarsa, İtaliya Amerikanın ən yaxşı müttəfiqi
ola bilər”, - Donald Tramp bildirib. "O, əla insandır, əla iş görür və əlaqələrimiz
əladır. İtaliya təkcə Avropada deyil, ən yaxın müttəfiqlərimizdən
biridir", - o əlavə edib.
Tariflərə gəlincə, hər iki lider ədalətli ticarət razılaşmasının əldə
olunacağına əmin olduqlarını bildiriblər. “Aİ ilə rüsumlarla bağlı razılığa gəlmək
problemi olmayacaq, heç kimlə problem olmayacaq”, - deyə Donald Tramp bildirib.
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az