
İqtisadiyyat
10:01, 21 Aprel 2025
İtaliyanın baş naziri Giorgia Meloni, Donald
Trampın Avropa ixracatına 20%-lik rüsumların tətbiqini elan etməsindən sonra
ABŞ-a səfər edən ilk Aİ lideridir.
İtaliyanın baş naziri cümə axşamı, aprelin 17-də
ABŞ prezidenti Donald Trampla planlaşdırılan görüş üçün Vaşinqtondadır.
Giorgia Meloni Aİ və ABŞ arasında körpü qurmaq
bacarığını sınayacaq. O, Amerika prezidentinin Avropa ixracatına 20%-lik
tarifləri elan etməsindən sonra onunla üz-üzə görüşən ilk Avropa lideri olacaq.
Tərcümə
edəni Səfər Şakiroğlu /Zekainfo.az