Misir və Banqladeş Aİ-nin "təhlükəsiz mənşə ölkələri" siyahısında   

Misir və Banqladeş Aİ-nin "təhlükəsiz mənşə ölkələri" siyahısında   
Dünya 21 Aprel 2025 - 16:20


Ukrayna istisna olmaqla, Aİ-yə namizəd ölkələrdən və digər yeddi ölkədən miqrantların sığınacaq üçün müraciətləri Avropa Komissiyası tərəfindən açıqlanan “təhlükəsiz mənşə ölkələri”nin yeni siyahısına əsasən üç aylıq sürətli dövr ərzində qiymətləndiriləcək.

 

Avropa Komissiyası çərşənbə günü vətəndaşlarının sığınacaq müraciətlərinə maksimum üç ay ərzində daha tez baxılacaq "təhlükəsiz mənşə ölkələri"nin ilk siyahısını təqdim etdi.

 

Komissiya hesab edir ki, Aİ-yə üzv olmaq üçün bütün namizəd dövlətlər, onun ərazisində gedən müharibə səbəbindən müvəqqəti Ukrayna istisna olmaqla, təhlükəsiz mənşə ölkələri kimi təyin olunmaq meyarlarına cavab verir.

 

Aİ rəsmisinin sözlərinə görə, bütün bu ölkələrdən olan miqrantlar Avropa İttifaqında nadir hallarda qaçqın kimi qəbul edilir, tanınma nisbəti 5% və ya ondan aşağıdır.

 

 

Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az  

reklamlar

Digər xəbərlər