
Dünya
16:41, 21 Aprel 2025
Polşa səlahiyyətliləri bu iki şəxsin sərhədi
qanunsuz keçməyə cəhd edən miqrant olduqlarına inanır. Hazırda müstəntiqlər
onların şəxsiyyətini və ölüm səbəbini müəyyən etmək üçün yarılma işləri aparır.
Çərşənbə günü Polşanın Belarusla sərhədindəki Buq
çayından iki cəsəd çıxarılıb.
Müstəntiqlər ölənlərin şəxsiyyətini və ölüm
səbəbini müəyyən etmək üçün meyitlərin yarılmasını aparır. Biała Podlaska
polisindən Katarzyna Gągolińska deyir ki, cəsədlər tapılan zaman çox çürümüşdü.
Lakin ilkin məlumatlara görə, Polşa
səlahiyyətliləri bu iki şəxsin sərhədi qanunsuz keçməyə cəhd edən miqrantlar
olduğunu düşünür.
Tərcümə
edəni Səfər Şakiroğlu /Zekainfo.az