Macarıstan: Holokostu Anma Günü, macar yəhudilərinin gettoizasiyası 81 il əvvəl başladı      

Macarıstan: Holokostu Anma Günü, macar yəhudilərinin gettoizasiyası 81 il əvvəl başladı      
Dünya 21 Aprel 2025 - 16:41


 

 

1944-cü ilin iyuluna qədər Macarıstanın kənd yəhudi əhalisi demək olar ki, tamamilə deportasiya edilmiş və öldürülmüşdü.

Macarıstanda Holokostu Anma Günü Budapeştin bir neçə yerində anım mərasimləri keçirdi.

 

Dohány Street sinaqoqunda "Həyat Yürüşü" Fondunun icraçı direktoru Andrea Agárdi-Nyarai bildirib ki, bu gün "biz antisemitizmin, hər şeyi məhv etmək istəyən "ümumyəhudilərə" nifrətin qurbanı olmuş yarım milyon şəhidləri xatırlayırıq".

 

Bu vaxt qurbanların adları onların xatirəsinə hörmət əlaməti olaraq səsgücləndiricilər vasitəsilə səsləndirilib, sonra baş ravvin Robert Fröliç Kaddiş oxuyub.

 

 

Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az  

reklamlar

Digər xəbərlər