
Dünya
17:00, 21 Aprel 2025
Son sorğulara görə, Rumıniya seçicilərinin təxminən
40%-i gələn ay keçiriləcək seçkilər üçün namizəd seçimində hələ də qərarsızdır.
Mayın 4-də keçirilən səsvermə Konstitusiya
Məhkəməsinin ötən dekabr seçkilərini ləğv etməsindən və ən tanınmış namizədin
yenidən namizədliyini irəli sürməsinə qadağa qoymasından sonra baş tutub.
Dekabrda ultramillətçi namizəd, o zamanlar naməlum
Kalin Georgescu birinci turda parlaq qələbə qazanmışdı.
Lakin Rusiyanın onun kampaniyasının təşviqinə
müdaxiləsi ilə bağlı iddialar ortaya çıxdıqdan sonra Konstitusiya Məhkəməsi
seçkini ləğv etdi.
Tərcümə
edəni Səfər Şakiroğlu /Zekainfo.az