
Aprelin 24-də Portuqaliya kinoteatrlarında açılan
bu yarı sənədli, yarı musiqili Qərb filmi, Savannah Resources mədən şirkətinin
litium hasilatı layihəsinə müqavimət göstərən Portuqaliyanın şimalında kənd
icmasına səs verir.
Portuqaliyanın şimalındakı təcrid olunmuş kənd
icması olan Covas do Barroso sakinlərinin fəallığı portuqaliyalı kinorejissor
Paulo Karneyronun rejissoru olduğu "Savanna və Dağ" filminin
mərkəzində dayanır.
Film Britaniyanın Savannah Resources şirkətinin
evlərindən bir neçə metr aralıda Avropanın ən böyük açıq litium mədənini
tikməyi planlaşdırdığını aşkar etdikdən sonra torpaqları uğrunda mübarizə
aparan kənd icmasına səs verir.
Tərcümə
edəni Səfər Şakiroğlu /Zekainfo.az