Türkiyə XİN Hakan Fidanın Dəməşqə getdiyi barədə xəbəri təkzib edib - YENİLƏNİB

Türkiyə XİN Hakan Fidanın Dəməşqə getdiyi barədə xəbəri təkzib edib - YENİLƏNİB
Dünya 12 Dekabr 2024 - 18:05

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Hakan Fidanın Suriyanın paytaxtı Dəməşqə getdiyinə dair xəbəri təkzib edib.

Zekainfo.az-ın məlumatına görə, bu barədə Türkiyə XİN-dən TASS-ın sorğusuna cavab olaraq bildirilib.

Məlumat üçün qeyd edək ki, bir qədər əvvəl Türkiyə KİV-də ölkənin xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat İdarəsinin (MİT) sədri İbrahim Kalının Dəməşqə getdikləri barədə məlumat yayılıb.

16:45

Türkiyənin xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının (MİT) sədri İbrahim Kalın Suriyanın paytaxtı Dəməşqə gedib.

Zekainfo.az-ın xəbərinə görə, bu barədə Türkiyə KİV məlumat yayıb.

reklamlar

Digər xəbərlər