
Oskar mükafatlı aktyor Robert De Niro sonuncu dəfə
2023-cü ildə Martin Skorsezenin "Çiçəkli Ayın Qatilləri" filmi üçün
Kruazetdə görünüb.
Robert De Niro mayın 13-də Kann Film Festivalının
açılış mərasimində fəxri Palma budağı alacaq.
Ertəsi gün məşhur amerikalı aktyor Debüssi
Teatrının səhnəsində ustad dərsində iştirak edəcək.
"Mən Kann Film Festivalına çox bağlıyam"
dedi Robert De Niro festivalın verdiyi açıqlamada. "Xüsusilə bu gün,
dünyada bu qədər çox şey bizi bir-birindən ayırırsa, Kann bizi - hekayəçilər,
kinorejissorlar, fanatlar və dostları bir araya gətirir. Evə qayıtmaq kimi hiss
olunur."
Aktyorun Kann Film Festivalı ilə uzun müddətdir
münasibəti var. O, 2011-ci ildə münsiflər heyətinə sədrlik edib və sonuncu dəfə
Martin Skorsezenin "Çiçək Ayın Qatilləri" filminin qırmızı xalçasını
keçib.
Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az