Mərcan riflərinin 80%-dən çoxu indiyə qədər qeydə alınmış ən pis ağartma hadisəsindən təsirlənib

Mərcan riflərinin 80%-dən çoxu indiyə qədər qeydə alınmış ən pis ağartma hadisəsindən təsirlənib
Cəmiyyət 24 Aprel 2025 - 10:33


 

 

Alimlər bu tarixi hadisənin "planetimizin simasını tamamilə dəyişdirə biləcəyini" deyirlər.

Mərcanların ağardılması martın sonuna qədər dünya okean riflərinin 84%-nə yayılmışdı. Çərşənbə günü Beynəlxalq Mərcan Rif Təşəbbüsü (ICRI) elan etdi ki, bu, indiyə qədər qeydə alınan bu tip ən intensiv epizoddur.

 

100-dən çox hökuməti, qeyri-hökumət təşkilatını və digərləri birləşdirən ICRI bildirir ki, bu, 1998-ci ildən bəri dördüncü qlobal ağartma hadisəsidir və indi riflərin təxminən üçdə ikisinə təsir edən 2014-17-ci il hadisəsini üstələyir.

 

Mütəxəssislər hələ 2023-cü ildə başlayan və okeanların istiləşməsi ilə bağlı olan hazırkı böhranın nə vaxt bitəcəyini bilmirlər.

 

 

Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az  

reklamlar

Digər xəbərlər