
Polis təyyarənin niyə qəzaya uğradığını
bilmədiklərini deyir, lakin səlahiyyətlilər təyyarənin qara qutusundan
məlumatlar da daxil olmaqla sübut toplamağa başlayıb.
Taylandın məşhur kurort şəhəri yaxınlığında kiçik
polis təyyarəsinin dənizə düşməsi nəticəsində göyərtəsində olan 6 nəfərin
hamısı həlak olub.
Tayland Kral Polisinin sözçüsü Archayon Kraithonq
bildirib ki, təyyarə yerli vaxtla səhər saat 8 radələrində Hua Hin rayonunda
paraşütlə tullanma təliminə hazırlaşmaq üçün sınaq uçuşu həyata keçirərkən
qəzaya uğrayıb.
Səlahiyyətlilər pervaneli təyyarənin modelini
dərhal açıqlamayıb, lakin hadisə yerində çəkilmiş fotoşəkillərdə Viking DHC-6
Twin Otter-i əks etdirdiyi görünür.
Tərcümə
edəni Səfər Şakiroğlu /Zekainfo.az