Nantesdə bıçaqlı hücum: Bayrou məktəblərdə nəzarəti gücləndirməyə çağırır

Nantesdə bıçaqlı hücum: Bayrou məktəblərdə nəzarəti gücləndirməyə çağırır
Dünya 29 Aprel 2025 - 13:57


 

Fransanın baş naziri cümə axşamı Nantesdə 15 yaşlı orta məktəb şagirdinin bıçaqlı hücumda ölməsindən sonra məktəblərdəki zorakılığa "kollektiv cavab" verməyə çağırır.

 

Fransanın baş naziri Fransua Bayrou cümə axşamı Nantdakı Notre-Dame-de-Toutes-Aides liseyində 15 yaşlı bir orta məktəb şagirdinin ölümü və biri ağır olmaqla üç nəfərin yaralanması ilə nəticələnən bıçaqlı hücumdan sonra məktəblərdə və ətrafında nəzarəti gücləndirməyə çağırıb.

 

“Gənclərin bir hissəsinə” təsir edən “endemik zorakılığı” qınayan Baş nazir, Fransa məktəblərində bıçaq gəzdirmə problemini həll etmək üçün “bu həftə” işçi qrupu toplayacağını açıqladı.

 

Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az  

reklamlar

Digər xəbərlər