
Dünya
18:12, 29 Aprel 2025
NATO
baş katibi üzv ölkələri müdafiə xərclərini artırmağa çağırıb. Onun sözlərinə
görə, bu xərclər ilkin olaraq planlaşdırılan ÜDM-in 2%-dən çox olmalıdır.
NATO-nun
baş katibi Mark Rutte 32 üzv ölkəni ABŞ-ın Avropadakı aparıcı təhlükəsizlik
rolundan çəkildiyi bir vaxtda dünyanın ən böyük hərbi alyansına daha çox
maliyyə, avadanlıq və siyasi enerji sərf etməyə çağırıb.
"2025-ci
ildə biz NATO-nun bütün ölkələrimiz üçün əsas hərbi üstünlük mənbəyi olaraq qalması
üçün səylərimizi əhəmiyyətli dərəcədə artırmalıyıq. Bizim davamlı azadlığımız
və rifahımız bundan asılıdır", - Rutte illik hesabatında yazıb.
Tərcümə
edəni Səfər Şakiroğlu /Zekainfo.az