
“Kasıbların Papası” ləqəbli Fransisk pontifikliyini
ən məhrumlara həsr etmiş və həmişə miqrantlara böyük əhəmiyyət vermişdi. O,
Roma Kuriyasında qadınlara bəzi "nazirliklər" versə də, cinsi və
reproduktiv hüquqlar sahəsində heç bir irəliləyiş yoxdur.
Yoxsullara, miqrantlara və ətraf mühitə sadiq olan
Papa Fransisk papalığını ən çox məhrum olanlara həsr edib. Amma o, bu qədər
mütərəqqi idi?
Bazar ertəsi Pasxa bayramında 88 yaşında vəfat edən
argentinalı pontifik ilk səfərini 2013-cü il iyulun 8-də İtaliyanın Lampeduza
adasına həsr edib. Həmin münasibətlə o, Aralıq dənizində həlak olan
miqrantların xatirəsini ehtiramla yad edib və onların taleyinə
"laqeydliyin qloballaşması"nı pisləyib.
Tərcümə
edəni Səfər Şakiroğlu /Zekainfo.az