Bolqarıstanın Avrozona üzvlük kampaniyası saxta xəbərlərin hədəfindədir

Bolqarıstanın Avrozona üzvlük kampaniyası saxta xəbərlərin hədəfindədir
Dünya 29 Aprel 2025 - 18:06


 

 

Bolqarıstanın avrozonaya daxil olması ilə bağlı yalan məlumatlar avronun qəbulu ilə bağlı milli müzakirələri pozub.

Bolqarıstan 2026-cı ilə qədər Avrozonaya qoşulmağa doğru irəlilədiyi bir vaxtda sosial media vasitəsilə ölkə daxilində yalan məlumatlar yayılıb.

 

Dirçəliş kimi tanınan Rusiyayönlü Vazrajdane partiyası avrozona ilə bağlı dezinformasiyaların yayılmasında əsas oyunçu olub.

 

Fevral ayında onun üzvləri avro zonasına etiraz olaraq Avropa İttifaqının Sofiyadakı missiyasının qərargahına basqın etməyə cəhd etmişdilər. Buna cavab olaraq Avropa Komissiyasının sədri Ursula fon der Leyen hücumu "qeyri-adi" adlandırıb.

 

Tərcümə edəni Səfər Şakiroğlu /Zekainfo.az 

                                                           

reklamlar

Digər xəbərlər