
Cümə günü Moskva yaxınlığında avtomobilin
partlaması nəticəsində bir rus generalı həlak olub. Yaroslav Moskalik “Baş
Qərargahın Baş Əməliyyat İdarəsinin rəis müavini” idi.
Milli İstintaq Komitəsi cümə günü Moskva
yaxınlığında avtomobilin partlaması nəticəsində bir rus generalının öldüyünü
açıqlayıb. Qurban Rusiya Silahlı Qüvvələrinin “Baş Qərargahın Baş Əməliyyat
İdarəsinin rəis müavini” general Yaroslav Moskalik olub.
Partlayış Moskvadan bir neçə kilometr şərqdə
yerləşən Balaşixa şəhərində yaşayış binasının yaxınlığında baş verib. Sosial
şəbəkələrdə yayılan təsdiqlənməmiş görüntülərdə yanğın nəticəsində dağılmış və
yaşayış binalarının yaxınlığında park edilmiş avtomobil görünür.
Tərcümə
edəni Səfər Şakiroğlu /Zekainfo.az